Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Kəlbəcər 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayırNewscenter.az Mediasiya Şurasına istinadən bildirir ki, Kəlbəcər 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Kəlbəcər 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. Qeyd edək ki, 8 yanvar 2026-cı il tarixindən etibarən Kəlbəcər, Xankəndi, Xocalı, Şuşa, Laçın, Qubadlı, Zəngilan rayonu üzrə vətəndaşlar Kəlbəcər 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.