AZ

İndiyə qədər 75 uşaq himayədar ailələrə verilib - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2023-cü ilin noyabr ayından bu günədək 75 uşaq himayədar ailələrə verilib.

Bu barədəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb:

"Himayədar ailələrə verilən uşaqlardan 33-ü oğlan, 42-i qızdır.

Seçilən
61
4
aznews.az

6Mənbələr