AZ

Uzun müddət “istirahət edəcək”

“Bornmut”un hücumçusu Castin Klyuvert sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, Niderland yığmasının üzvü cərrahi əməliyyat olunacaq.

26 yaşlı futbolçu premier-liqanın 20-ci turunun “Arsenal”la keçirilən və 2:3 hesabı ilə məğlub olduqları matçda zədələnib. Hücumçunun sol dizindən ciddi xəsarət aldığı müəyyənləşib.

Əməliyyatdan sonra Klyuverti uzunmüddətli bərpa dövrü gözləyir. O, həmin müddətdə komandasına kömək edə bilməyəcək. Klubun tibbi personalı futbolçunun bərpa prosesinə tam nəzarət edəcək.

Seçilən
107
1
football-plus.az

2Mənbələr