ABŞ hökuməti Venesuelaya qarşı sanksiyaları yumşaltmağı planlaşdırır.
"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı Ağ Evə yaxın mənbəyə istinadən məlumat verir.
Xatırladaq ki, yanvarın 3-də ABŞ qüvvələri Venesuelaya hücum edərək, Prezident Nikolas Maduro və onun həyat yoldaşını ələ keçirib və ölkədən çıxarıb. Yanvarın 5-də Venesuela liderinin narkokartelin yaradılması ilə bağlı cinayətlərə görə məhkəməsi başlayıb. Lakin işə mahiyyəti üzrə 2027-ci ildən tez baxılmayacaq.
Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti olaraq prezident vəzifələrinin icraçısı təyin edilib. Tramp Rodrigesi hədələyib ki, düzgün qərarlar verməyəcəyi təqdirdə "çox yüksək əvəz" ödəyəcək. Rodriges isə Trampı sülhə və dialoqa çağırıb.
Telegram kanalımız