AZ

Neymar 2026-cı ili də “Santos”da keçirəcək – Rəsmi – ARENA.AZ

“Santos”un 33 yaşlı brazilyalı hücumameyilli yarımmüdafiəçisi və kapitanı Neymar Braziliya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, “Santos” bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yeni anlaşmaya əsasən, ulduz futbolçu 2026-cı ilin sonunadək bu komandada çıxış etməyə davam edəcək. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2025-ci ilin sonunda başa çatmışdı.

Xatırladaq ki, Neymar “Santos”un məzunudur. Hücumçu 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib. “Santos”un veteran hücumçu ilə müqaviləsinin müddəti 2026-cı ilin sonunadək nəzərdə tutulub.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış “Ney” ötən mövsümdə “balıqlar” üçün 28 oyun keçirib, 11 qol və 4 məhsuldar ötürmə ilə fərlqənib.

Braziiliyalı futbolçunun “Santos”da çıxışının ümümi mənzərəsi 253 oyun, 147 qol və 70 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2010-cu ilin avqust ayında debüt etdiyi Braziliya millisinin heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib. “Ney” “selesao” ilə FIFA Konfederasiyalar Kubokunu (2013) və Olimpiya Oyunlarını (2016) qazanıb.

Braziliyalı futbolçu karyerası ərzində İspaniyada “Barselona”nın, Fransada PSJ-nin, Səudiyyə Ərəbistanında “Əl-Hilal”ın da formasını geyinib.

“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
80
27
arena.az

10Mənbələr