AZ

Park salınacağını düşünürdülər, ancaq bina tikiləcəkVİDEO

Sakinlərin park salınacağını düşündükləri boş ərazi hasara alınıb... Ərazidə sakinlərin illərdir istifadə etdikləri pilləkənlər sökülüb...

Xezerxeber.az xəbər verir ki, kadrlar paytaxtın Xətai rayonu ərazisindəndir.

Sakinlər deyirlər ki, Nəsrəddin Tusi küçəsini Gəncə prospektinə birləşdirən, 50-yə yaxın yaşı olan pillləkənlər orada yaşayanlar üçün qısa yol kimi əlverişli imiş.

Onların sözünə görə, 1 aya yaxındır ərazi bağlansa da, hələ ki burada nə tikiləcəyi ilə bağlı onlarda konkret məlumat yoxdur. Onların əsas istəyi isə sözügedən yerin abadlaşdırılmasıdır.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə verilən məlumata görə, ərazi özəl mülkiyyətdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
81
1
xezerxeber.az

2Mənbələr