AZ

MEK könüllüsü könüllülük fəaliyyətinə dair araşdırma məqaləsi hazırladı » AzadMedia.az

MEK

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) həyata keçirilən könüllülük fəaliyyətinə həsr olunmuş araşdırma məqaləsi hazırlanıb. Məqalənin müəllifi MEK könüllüsü Məmmədli Nəzrin Ariz qızıdır.
“Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında könüllülük fəaliyyəti: təcrübə və inkişaf” adlı araşdırmada MEK-də könüllülük fəaliyyəti çərçivəsində əldə olunan praktiki bilik və bacarıqlar, elektron resurslarla iş, rəqəmsallaşmanın əhəmiyyəti və şəxsi inkişaf imkanları ətraflı şəkildə təhlil edilir.
Məqalədə könüllülük hərəkatının Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi dövründə sistemli şəkildə inkişaf etdirilən dövlət siyasətinin mühüm tərkib hissəsi olduğu vurğulanır. Eyni zamanda, MEK-də ilk dəfə formalaşan könüllülük hərəkatının elmi mühitə verdiyi töhfələr və kitabxananın müasir texnologiyalar əsasında inkişafı diqqətə çatdırılır.
Araşdırma həm nəzəri yanaşmaları, həm də müəllifin şəxsi təcrübəsini əks etdirməklə, könüllülük fəaliyyətinin gənclərin elmi və peşəkar inkişafında rolunu ön plana çıxarır.
Sözügedən məqaləni təqdim edirik:
mek-konullu-mqal.pdf [556,68 Kb] (yüklənib: 4)

Seçilən
48
1
azadmedia.az

2Mənbələr