Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Fransada amerikalı dizayner Kris Ayrenin dəyəri 1 milyon avrodan çox olan zərgərlik məmulatları oğurlanıb.
Moderator.az xəbər verir ki, bu barədə "France 3" məlumat yayıb.
Hadisə Villefranş-sur-Merdə (Kot-d'Azur kommunasında) baş verib. Cinayət dizaynerin icarəyə götürdüyü mənzildə törədilib.
Cinayətkarlar həmçinin dizaynerdən 6 000 avro nağd pul da oğurlayıblar.
Nitsa prokurorluğu faktla bağlı istintaq başladıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.