AZ

Qalatasaray Siril Nonqun transferi üçün hərəkətə keçdi

Fanat saytına istinadən ain.az xəbər verir.

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni sima ilə gücləndirməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, "sarı-qırmızılılar" hazırda icarə əsasında "Torino"da çıxış edən "Napoli"nin futbolçusu Siril Nonqun transferi ilə bağlı araşdırmalara başlayıb.

İtaliyalı insayder Alfredo Pedullanın yaydığı məlumata görə, İstanbul təmsilçisi 25 yaşlı belçikalı oyunçunun vəziyyəti haqqında rəsmi məlumat alıb.

Bazar dəyəri 8 milyon avro olan futbolçunun keçidinin reallaşması istiqamətində danışıqların davam etdiyi bildirilir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
fanat.az

2Mənbələr