AZ

Bakıda qəribə mənzərə: qapıda izdiham yarandı - FOTO

Bakıda çəkildiyi bildirilən və sosial şəbəkələrdə yayılan foto müzakirələrə səbəb olub. 

Ölkə.Az xəbər verir ki, görüntüdə bir küçə boyunca divar kənarında düzülən insanların növbəsi əks olunub.

Məlumata görə, fotoda görünən izdiham falçının qəbuluna düşmək üçün yaranan növbədir. Növbənin uzunluğu və insanların sayının çoxluğu diqqət çəkir. 

Sosial şəbəkə istifadəçiləri görüntünü müxtəlif cür şərh edir. Bəziləri bunu insanların gələcəklə bağlı marağı ilə əlaqələndirir, digərləri isə cahillik kimi dəyərləndirir.

Fotunun dəqiq ünvanı açıqlanmayıb.

Leyla

Seçilən
49
1
olke.az

2Mənbələr