AZ

Blogerlə izləyicisinin davası MÜZAKİRƏ YARATDI: “”Çuşka” yığını deyəndə….” FOTO

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bloger Gülnar Sadiq (Goulnarin) sosial şəbəkələrdə müzakirə yaradıb.Bizim.Media xəbər verir ki, buna səbəb onun bir izləyicisi ilə mübahisə etməsi olub.

 

Belə ki, Gülnar onun videolarından birinə “Öz dilinizdə danış, ay “çuşka” yığını” şərhini yazan istifadəçiyə sərt cavab verib. ““Çuşka yığını” deyəndə özünüzü də qatmağınız yaxşı oldu, yoxsa inciyərdim”, - deyə bloger bildirib.

Onun bu rəyi birmənalı qarşılanmayıb. Daha sonra influenser instaqramda bunları yazıb: “Bir-iki kəlimə türk dilində söz işlədən kimi xanımın aqressiv mesajı qarşıma çıxdı. Sadəcə xanım da mənim pis günümə düşdü, yoxsa mən kiminləsə durub,  o mənə desin mən ona qaytarım kimi şeylərə gəlməzdim.Adətən  belə şeylər ayda bir dəfə olur, bəlkə xanımın da pis dövrünə düşüb. Rus dili, ingilis dili  “cool” görünür, cümlə arasında…. Türk dilinə gələndə “çuşkalıq” olurmuş. Gələn  dəfə belə “çuşka”lıq etməyək”.

Sara, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
1
bizim.media

2Mənbələr