“Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi”.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
O vurğulayıb ki, Rusiya və Çin ABŞ-a görə NATO-dan qorxmur və bu ölkələrin Alyansa münasibəti şübhəlidir.
“Əgər mənim müdaxiləm olmasaydı, Rusiya indi bütün Ukraynaya sahib olardı. Rusiya və Çin ABŞ-a görə NATO-dan qorxmur və şübhə edirəm ki, NATO-ya həqiqətən ehtiyacımız olsaydı, bizi dəstəkləyərdi”, – Tramp paylaşımında bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Çin və Rusiyanın qorxduğu və hörmət etdiyi yeganə ölkə onun tərəfindən yenidən qurulmuş ABŞ-dır.