AZ

Karvan qrupunun yaradıcılarından biri vəfat etdi

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Əfsanəvi "Karvan" qrupunun yaradıcılarından biri olan Sevinc Kərimova vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə aparıcı Leyla Quliyeva sosial şəbəkədə məlumat yayıb.

"Sevinc xanım Kərimova... Əfsanəvi "Karvan" qrupunun, "Bakı Payızı" müsabiqəsinin yaradıcılardan biri, bəstəkar Miayıl Vəkilovun həyat yoldaşı, silahdaşı... Nə qədər enerjili, təşəbbüskar, innovativ bir xanım idi.. Nə yaxşı ki, onu tanıdım, nə yaxşı ki, onun layihəsində iştirak edə bildim. Təəssüf ki, son aylarda xəstə olduğunu çox gec bildim. Bu gün isə dünyasını dəyişdi. Allah rəhmət eləsin” deyə, Leyla Quliyeva yazıb.

Qeyd edək ki, Sevinc Kərimova ailəsi ilə birlikdə Amerikada yaşayırdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
112
2
unikal.az

3Mənbələr