AZ

Əyyub Quliyev: İstedadlı solistlərin ifasında Motsartın müxtəlif janr və üslublarda yazdığı əsərlərdən nümunələr təqdim edilib

Bakı, 7 yanvar, Gülay Nəzərova, AZƏRTAC

“Volfqanq Amadey Motsartın yaradıcılıq irsinin dəqiq sayını müəyyənləşdirmək olduqca çətindir. Cəmi 35 illik ömründə dahi bəstəkar saysız-hesabsız əsərlər yaradıb. Biz isə bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Volfqanq Amadey Motsartın anadan olmasının 270 illiyinə həsr edilən konsertdə onun ən sevilən, eyni zamanda az ifa olunan əsərlərini səsləndirdik”.

Bunu AZƏRTAC-a açıqlamasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru, Əməkdar artist Əyyub Quliyev deyib.

O, bildirib ki, istedadlı solistlərin ifasında proqramda Motsartın müxtəlif janr və üslublarda yazdığı əsərlərdən nümunələr təqdim edilib, bəstəkarın musiqi dilinin zənginliyi, melodik incəliyi və bənzərsiz üslubu tamaşaçılara çatdırılıb.

Ə.Quliyev əlavə edib ki, növbəti konsert yanvarın 14-də dünya musiqi mədəniyyətinin görkəmli nümayəndəsi İohann Sebastyan Baxın yaradıcılığına həsr olunacaq.

Seçilən
110
azertag.az

1Mənbələr