AFFA Lisenziya və Qeydiyyat Departamenti klubların lisenziyalaşdırılması üzrə təlimləri başa vurub.
"Football-plus.az" xəbər verir ki, lisenziyalaşdırma şöbəsinin əməkdaşları 2026/27 mövsümü üzrə yarışlarda iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət edən bütün premyer-liqa, 1-ci və 2-ci liqa, o cümlədən AFFA Yüksək Qızlar Liqasında çıxış edən klublarla fərdi görüşərək lisenziyalaşdırma qaydalarını müzakirə edib, klub nümayəndələrini müvafiq sənədlərlə tanış ediblər.
Qeyd edək ki, 2025-ci ilin noyabr-dekabr aylarını əhatə edən təlimlərin 20-si AFFA-nın inzibati binasında, 10-u isə regionlarda baş tutub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta