AZ

İngiltərə Premyer Liqası: “Çelsi” Mareskasız ilk məğlubiyyətini aldı VİDEO

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İngiltərə Premyer Liqasının 21-ci turunda “Mançester Siti” və “Brayton” arasında keçirilən oyun başa çatıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

41-ci dəqiqədə “Mançester Siti”nin hücumçusu Erlinq Haland penaltidən qolla hesabı açıb. 60-cı dəqiqədə qonaq komandanın yaponiyalı cinah oyunçusu Kaoru Mitoma hesabı bərabərləşdirib.

İngiltərə Premyer Liqasının 21-ci turunda “Fulhem” və “Çelsi” arasında keçirilən oyun başa çatıb. Komandalar London şəhərindəki “Craven Cottage” stadionunda qarşılaşıblar. Ev sahibi komanda 2:1 hesablı qələbə qazanıb.

55-ci dəqiqədə “Fulhem”in hücumçusu Raul Ximenez hesabı açıb. 72-ci dəqiqədə “Çelsi”nin hücumçusu Liam Delap bərabərlik qolunu vurub. 81-ci dəqiqədə Vilson “Fulhem”i yenidən hesabda irəli çıxarıb.

Turun digər oyununda “Bornmut” “Tottenhem”i qəbul edib. Qarşılaşma ev sahibi komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qonaq komandanın hücumçusu Matis Tel beşinci dəqiqədə hesabı açıb. “Bornmut”un hücumçusu Evanilson 22-ci dəqiqədə hesabı bərabərləşdirib. Eli Krupi 36-cı dəqiqədə ev sahibi komandanıı irəli çıxarıb. Yarımmüdafiəçi Joao Palinya 78-ci dəqiqədə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə cinah oyunçusu Antuan Semenyo “Bornmut”un qələbəsini təmin edib – 3:2.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
icma.az

2Mənbələr