AZ

Dünyanın ən qəribə qəsəbəsi: Burada hər kəs eyni binada yaşayır - FOTOLAR

ABŞ-nin Alyaska ştatında yerləşən Uittier qəsəbəsi özünəməxsus həyat tərzi ilə seçilir.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Ankoricdən təxminən 100 kilometr məsafədə yerləşən Uittier həm təbiəti, həm də qeyri-adi quruluşu ilə heyranedicidir.

Buraya  giriş yalnız tunel vasitəsilə mümkündür. Dağdan keçən və təxminən 4 kilometr uzunluğunda olan tunel gecə bağlanır. Bu o deməkdir ki, Uittier səhərə qədər xarici dünya ilə əlaqəsi tamamilə kəsilir.
Bu qəsəbəni unikal edən cəhət isə sakinlərin böyük əksəriyyətinin bir binada yaşamasıdır. Rəsmi olaraq "Begich Qüllələri" adlanan bu ərazi, demək olar ki, şəhərdəki yeganə yaşayış sahəsidir.
"Whittier" meri Deyv Dikason və həyat yoldaşı Anna da bu binada yaşayanlar arasındadır. Bu binada qəsəbənin ehtiyac duyduğu demək olar ki, hər şey var: Bazar, poçt, notarius və hətta məktəb. Bütün bu ərazilərə yalnız liftlə çatmaq olar.

İl boyu təxminən 300 insanın yaşadığı Uittierdə sosial həyat məhduddur. Xüsusilə gənclər üçün seçimlər azdır.

Qəsəbədə binaya tunel vasitəsilə birləşdirilmiş məktəbdə 3 yaşdan 18 yaşa qədər təxminən 50 şagird təhsil alır.

Uittier kənardan Alyaskanın ən qəribə qəsəbələrindən biri kimi görünə bilər, amma sakinlərinə görə, bu, təbiətin ortasında yerləşən, həmrəylik üzərində qurulmuş unikal bir yaşayış məkanıdır.

Billurə

Seçilən
106
1
olke.az

2Mənbələr