AZ

İtaliya nəhəngində gərginlik: Nə baş verir?

“Roma”da daxili vəziyyət gərginləşib.

Publika.az xəbər verir ki, komandanın baş məşqçisi Can Piero Qasperini ilə idman direktoru Frederik Massara arasında fikir ayrılığı yaranıb. Münaqişə artıq İtaliya çempionatının son oyunundan sonra açıq şəkildə hiss olunmağa başlayıb. “Roma”nın “Leççe” üzərində 2:0 hesablı qələbəsinə baxmayaraq, Qasperini nümayişkaranə şəkildə mətbuatla ünsiyyətdən imtina edib.

Jurnalist Canluka Di Marzionun məlumatına görə, bu qərar birbaşa baş məşqçi ilə klubun idman direktoru arasındakı gərgin münasibətlərlə əlaqəlidir. Yaxın günlərdə tərəflər arasında görüşün keçirilməsi planlaşdırılır və məqsəd yaranmış problemi yumşaltmaqdır.

Seçilən
114
2
publika.az

3Mənbələr