AZ

Banqladeş ilə Pakistan arasında birbaşa uçuşlar 10 ildən sonra bərpa olunur

Pekin, 8 yanvar, AZƏRTAC

Banqladeşin milli aviadaşıyıcısı “Biman Banqladeş Hava Yolları” şirkəti yanvarın 29-dan paytaxt Dəkkə ilə Pakistanın Kəraçi şəhərinə uçuşları bərpa edəcək.

AZƏRTAC xəbər verir ki, bu, təxminən 10 illik fasilədən sonra iki ölkə arasında ilk reys olacaq. Şirkətin rəsmisi Buşra İslam bildirib ki, uçuşlar həftədə 2 dəfə yerinə yetiriləcək.

“Biman Banqladeş Hava Yolları” ilə yanaşı “Pakistan Beynəlxalq Hava Yolları” şirkəti də iki ölkə arasında birbaşa uçuşları bərpa etməyi planlaşdırır.

Qeyd edək ki, 1971-ci ildə Pakistandakı daxili böhran və Hindistan ilə müharibə şəraitində Şərqi Pakistan müstəqilliyini elan edərək, Banqladeş dövlətini qurub. Həmin vaxtdan bəri iki ölkə arasında soyuq münasibətlər olub. 2024-cü ilin avqustunda sabiq Baş nazir Şeyx Hasinanın vəzifədən uzaqlaşdırılmasından sonra Banqladeşin Pakistana qarşı xarici siyasəti kəskin dəyişib və Cənubi Asiyanın 2 ölkəsi arasında yaxınlaşma müşahidə olunub.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
73
1
azertag.az

2Mənbələr