AZ

2026-cı ildə Avropada kəşf ediləsi yeni turizm istiqamətləri

Son illərdə turist axınının artması fonunda 2026-cı il Avropada daha az tanınan, lakin cəlbedici məkanları ziyarət etmək üçün ideal vaxt hesab olunur. Euronews-un yazdığına görə, bir çox ölkə yeni mədəni layihələr, festivallar və turizm marşrutları ilə diqqət çəkir.

QHT.az xəbər verir ki, 2026-cı ilin Avropa Mədəniyyət Paytaxtları Finlandiyanın Oulu və Slovakiyanın Trençin şəhərləri olacaq. Ouluda yanvar ayında konsertlər və buz xokkeyi festivalı, Trençində isə fevralda musiqi və incəsənət tədbirləri keçiriləcək.Brüssel 2026-cı ildə KANAL–Centre Pompidou müasir incəsənət muzeyinin açılışı ilə mədəni canlanma yaşayacaq. Helsinki isə Tove Yanssona həsr olunan yeni qalereya ilə sənətsevərləri cəlb edəcək.

Valensiya davamlı turizmdə lider mövqeyini möhkəmləndirir və Manolo Valdesə həsr olunmuş yeni mədəni məkanın açılışına hazırlaşır.

Qastronomiya həvəskarları üçün Krit, Qozo və Xorvatiyanın Kvarner bölgəsi ön plana çıxır. Bundan əlavə, Kral III Çarlzın Sahil Yolunun 2026-cı ildə tamamlanması ilə İngiltərə sahilləri boyunca dünyanın ən uzun sahil marşrutu turistlərin istifadəsinə veriləcək.

 

R.İmanov

Seçilən
33
qht.az

1Mənbələr