AZ

İranda etirazlarda ölənlərin sayı 38-ə çatdı

İranda 11 gündür davam edən etirazlar nəticəsində 34 etirazçı və 4 hüquq mühafizə orqanı əməkdaşı həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İranda İnsan Haqları Fəallarının (HRANA) internet saytında dərc olunmuş hesabatda deyilir.

Hesabatda ölkə üzrə ümumilikdə 348 yerdə baş verən etirazlarda onlarla insanın yaralandığı və 2217 nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, İran hökuməti etirazlarda ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verməyib.

Bizim.Media

Seçilən
95
5
bizim.media

6Mənbələr