Cəbrayıl və Füzulidə GÜCLÜ YANĞIN- ANBAAN GÖRÜNTÜLƏR
Ajans.az xəbər verir ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində başlayan yanğın Füzuli rayon Qazaxlar Mirzənağılılar kəndi ərazilərinə yayılıb. Yanğın sərhəd boyunca genişlənməyə davam edir. Əraziyə FHN-nin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonundan isə 2 yanğınsöndürın avtomobili şəxsi heyətlə cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir. Faktla bağlı araşdırma aparılır.