Türkiyənin ən yaxşı universitetlərini müəyyən edən URAP (University Ranking by Academic Performance) 2025-2026-cı il üzrə hesabatını təqdim edib. Akademik göstəricilər, elmi məqalələrin sayı və təhsilin keyfiyyəti əsasında hazırlanan siyahıda bu il sürpriz yerdəyişmə qeydə alınıb...
Uzun müddətdir zirvədə olan Orta Şərq Texniki Universitetini (ODTÜ) geridə qoyan Koç Universiteti Türkiyənin ən yaxşı universiteti seçilib.
Siyahının ikinci pilləsində ODTÜ, üçüncü pilləsində isə Hacettepe Universiteti qərarlaşıb.
İlk onluqda həm köklü dövlət universitetləri, həm də sürətlə inkişaf edən vəqf (özəl) universitetləri yer alıb.
Siyahı hazırlanarkən universitetlərin beynəlxalq elmi jurnallarda dərc olunan məqalələri, həmin məqalələrə edilən istinadlar, doktorantura məzunlarının sayı və xarici layihələrdə iştirakı əsas götürülüb.
İlk 10-luğa daxil olan universitetlər:
Koç Universiteti
Orta Şərq Texniki Universiteti (ODTÜ)
Hacettepe Universiteti
İstanbul Texniki Universiteti (İTÜ)
Ankara Universiteti
Sabancı Universiteti
Bilkent Universiteti
Ege Universiteti
Qazi Universiteti
İstanbul Universiteti
Hesabatda qeyd olunur ki, Türkiyə universitetləri yerli reytinqdə irəliləsələr də, dünya üzrə ilk 500-lükdə yer almaq üçün akademik araşdırmaların keyfiyyətini daha da artırmalıdırlar. (Milli.Az)
Poliqon.info