AZ

Özünü tapmağa çalışan insanların mənasızlığı Orxan Saffari yazır...

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsanların bir-birinə həm tənqid olaraq dediyi, həm də elə əksər insanlar məhz müsbət qəbul edərək çalışdığı bir şey var:

“Özünü tapmaq”.

Bəs nədir özünü tapmaq? Ümumiyyətlə, insan özünü axtarmalıdırmı?

“İnsan özünü tapmalıdır”, cümləsi zahirən dərin səslənsə də, içində ciddi məntiq boşluğu var.

Tapmaq nə deməkdir?

Yəni əvvəlcədən mövcud, dəyişməz bir “mən” var, o “mən” haradasa itib, insan onu aşkarlamalıdır.

Bu isə insanı obyektə çevirir.

İnsan prosesdir, hazır forma deyil. Proses davam edirsə, özünü tapmaq kimi bir sabit anlayış necə ola bilər?

İnsan yalnız o zaman özünü tapa bilər ki, artıq dəyişməsin. Bu isə ölümdür.

Ölməyən insan dəyişməyə məhkumdur.

Əslində, insan mahiyyətcə tapılan yox, qurulan varlıqdır

Ekzistensial fəlsəfə bu barədə deyir:

“İnsan əvvəlcə mövcuddur, sonra isə kim olacağını özü yaradır”.

Yəni insanın hazır mahiyyəti yoxdur, “özünü tapmaq” yox, özünü yaratmaq var.

Üstəlik, insanın doğrudan da özünü axtarması və tapması heç də müsbət nəticələnmir.”Tapmaq” ideyası, hissi insanı passiv edir. Bu mənada, “Yaratmaq” ideyası daha effektivdir.

Özünü tapmağa çalışmaq insanda psixoloji olaraq narazılıq da yaradır. Daha dəqiq, insan bu proses zamanı düşünür ki, hələ özüm deyiləm, hardasa daha doğru versiyam var, indiki halım kifayət deyil.

Konkret olaraa özünü axtarmaq insanı iki yerə bölür: indiki “mən”(guya yanlış), tapılacaq “əsl mən”(guya doğru).

Xülasə, insanın çalışdığı bu hiss insan təbiəti üçün uyğun deyil. İnsan özünü tapa bilməz, çünki insan sabit obyekt deyil. Özünü tapmaq iddiası insanı canlı prosesdən çıxarıb nəticəyə bağlamaqdır.

Sağlam insan özünü axtarmır, özünü yaşayır və dəyişir.

Əslində, vacib olan insanın özünü tapması yox, tanımasıdır.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
icma.az

1Mənbələr