AZ

Tramp Rusiya əleyhinə sanksiya layihəsinə yaşıl işıq yandırdı Senator

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp, Rusiya əleyhinə sanksiyaların gücləndirilməsi ilə bağlı iki partiyalı qanun layihəsinə "yaşıl işıq" yandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə sənədin müəlliflərindən biri olan senator Lindsi Qrem məlumat verib.

"Bugünkü çox məhsuldar görüşdən sonra, burada bir sıra məsələləri müzakirə etdik, Tramp iki partiyalı Rusiya əleyhinə sanksiya layihəsinə "yaşıl işıq" yandırdı. Mən bu layihə üzərində bir neçə ay ərzində senator Blumental və bir çox digər şəxslərlə işlədim. Bu, çox vaxtında verilmiş bir qərardır, çünki Ukrayna sülh naminə güzəştlər edir, amma Putin yalnız danışır, həm də günahsız insanları öldürməyə davam edir", - deyə o, "X" sosial şəbəkəsində bildirib.

Respublikaçı senator əlavə edib ki, bu qanun layihəsi Trampa, "Putinin hərbi maşınını qidalandıran ucuz rus neftini alan ölkələri cəzalandırmaq" imkanı verəcək. Həmçinin, layihə Çin, Hindistan və Braziliya kimi ölkələrə təsir vasitəsi olacaq ki, onları Rusiya neftinin alınmasına son qoymağa sövq etsin. "Ümid edirəm ki, növbəti həftə güclü iki partiyalı səsvermə olacaq", - deyə Qrem əlavə edib.

Bir neçə gün əvvəl mətbuat, ABŞ lideri Donald Trampın Hindistana, əgər ölkə Rusiya neftinin alımını azaldmazsa, gömrük rüsumlarını artırmaqla hədələdiyini bildirmişdi. Senator Qrem bildirib ki, ABŞ-ın rus neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar və gömrük rüsumlarının artırılması Hindistanda neft idxalını azaldıb.

Əvvəlki dövrlərdə Ukrayna, Rusiya hərbi-sənaye kompleksinə rabitə vasitələri, radioelektron mübarizə (REM) və mikroelektronika tədarük edən şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər 95 fiziki və 70 hüquqi şəxsi əhatə edir ki, bunların əksəriyyəti işğalçı ölkənin vətəndaşları və rezidentləridir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
icma.az

1Mənbələr