AZ

Voleybolçularımız mübarizəni dayandırıb

Çelenc Kubokunda Azərbaycanı təmsil edən kişi voleybolçulardan ibarət “Xilasedici” komandası 1/16 final mərhələsinin cavab oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, komanda Belçikada “Lindemans” klubunun qonağı olub. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan təmsilçisi ötən il dekabrın 9-da Bakıda baş tutan ilk matçda rəqibinə 0:3 hesabı ilə uduzub. Bununla da komanda turnirdə mübarizəni dayandırıb.

Seçilən
74
3
ikisahil.az

5Mənbələr