AZ

Ardaya 100 milyonluq təklif

PSJ “Real Madrid”in futbolçusu Arda Gülerin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, PSJ-nin futbolçu üçün böyük büdcə ayırdığı iddia edilir. "El Nacional" qəzetinin məlumatına görə, PSJ Arda üçün 100 milyon avro irəli sürüb. Xəbərdə deyilir ki, klub Ardanın nümayəndələri ilə əlaqə saxlayıb. Türk futbolçunun PSJ üçün transferdə prioritet futbolçu olduğu irəli sürülür. Böyük təklifə baxmayaraq, “Real Madrid”in Ardanı klubdan göndərmək istəmədiyi iddia edilir.

Qeyd edək ki, “Arsenal” klubunun da Arda Güler üçün 60 milyon avro təklif etdiyi iddia edilmişdi.

Seçilən
49
metbuat.az

1Mənbələr