AZ

Ərdoğan: Ankara müdafiə sənayesində Malayziya ilə əməkdaşlıq edəcək

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

“Qarşılıqlı faydalı əməkdaşlıq prinsipi əsasında müdafiə sənayesində əməkdaşlıq etmək üçün Malayziya ilə ata biləcəyimiz birgə addımları araşdırırıq”. 

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Ankarada Malayziyanın baş naziri Ənvər İbrahimlə birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə müdafiə sənayesində Malayziya ilə qarşılıqlı faydalı əməkdaşlığa nail olmağı hədəfləyir.

Brifinq Türkiyə ilə Malayziya arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası və ikitərəfli sazişlərin imzalanması mərasimindən sonra keçirilib.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
reyting.az

1Mənbələr