Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Financial Times (FT) nəşrinin yaydığı məlumata görə, Çin Xalq Respublikasından olan hakerlər ABŞ Konqresinin əsas komitələrində çalışan əməkdaşların elektron poçt sistemlərinə kiberhücum ediblər.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Qəzetin mənbələrinə istinadla verdiyi xəbərə görə, hücumun arxasında Çin hökuməti ilə əlaqələndirilən “Salt Typhoon” adlı qruplaşmanın dayandığı ehtimal olunur. Bildirilir ki, hakerlər ABŞ Nümayəndələr Palatasının Çin üzrə xüsusi komitəsinin əməkdaşlarının, eləcə də xarici əlaqələr, kəşfiyyat və silahlı qüvvələr komitələrində çalışan köməkçilərin istifadə etdiyi elektron poçt sistemlərinə çıxış əldə edə biliblər.
Mənbələr qeyd edir ki, hakerlərin birbaşa konqresmenlərin elektron poçtlarına daxil olub-olmadığı hələlik dəqiqləşməyib. Kiberhücumun 2025-ci ilin dekabr ayında aşkar edildiyi bildirilir. ABŞ Konqresi tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Çinin ABŞ-dəkı səfirliyi isə iddiaları təkzib edib. Diplomatik nümayəndəliyin rəsmi təmsilçisi Lü Pınyu bu ittihamları “əsassız fərziyyələr, qarayaxma və böhtan” adlandırıb.
Nuriyyə NATİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.