AZ

Buz bağlayan bu yol sürücülər üçün əsl tələyə çevrilib

ain.az bildirir, Baku.ws portalına istinadən.

Tovuz rayon mərkəzini Böyük Qışlaq yaşayış məntəqəsi ilə birləşdirən avtomobil yolu sürücülər və piyadalar üçün real təhlükə mənbəyinə çevrilib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Yolun qar və buzdan təmizlənməməsi, həmçinin duz, qum və digər sürüşməyə qarşı vasitələrin səpilməməsi vəziyyəti daha da kritik həddə çatdırıb.

Sakinlərin sözlərinə görə, yolun bəzi hissələrində hərəkət demək olar ki, mümkünsüzdür. Avtomobillər sürüşür, sürücülər idarəetməni itirir, piyadalar isə hər an yıxılmaq təhlükəsi ilə üz-üzə qalır. Yol-nəqliyyat hadisəsinin baş verməsi qaçılmazlıq kimi qiymətləndirilir.

Sözügedən ərazidən kadrları təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
50
baku.ws

10Mənbələr