AZ

"Venesuela neft gəlirlərini ABŞ məhsullarına xərcləyəcək" - Tramp

ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ ilə neft müqaviləsindən əldə etdiyi gəlirləri yalnız Amerika istehsalı olan məhsulların alınmasına yönəldəcəyini bildirib.

Missiya.Az xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edib. O qeyd edib ki, sözügedən vəsait hesabına ABŞ istehsalı olan kənd təsərrüfatı məhsulları, əczaçılıq preparatları, tibbi avadanlıqlar, eləcə də Venesuelanın enerji və elektrik infrastrukturunun yenilənməsi üçün texnika alınacaq.

Tramp Venesuelanın ABŞ-ni əsas ticarət tərəfdaşı kimi seçməsini “müdrik addım” adlandıraraq bunun hər iki ölkə üçün müsbət nəticələr verəcəyini vurğulayıb.

ABŞ Prezidenti, həmçinin 2027-ci il üçün ölkəsinin müdafiə büdcəsinin 1,5 trilyon dollar olmasını təklif edib. Onun sözlərinə görə, büdcə artımı xarici ölkələrə tətbiq edilən tariflər hesabına maliyyələşdiriləcək və ABŞ-nin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
39
missiya.az

1Mənbələr