AZ

XRİTDX tərəfindən ötən ilin dekabr ayı ərzində 20 milyona yaxın zərərli keçid bloklanıb

Dövlət qurumlarının informasiya sistemlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən 2025-ci ilin dekabr ayı üzrə 99 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb.

“Poliqon” XRİTDX-yə istinadən xəbər verir ki, bu kibertəhdidlərin 89-u daxili araşdırma, 10-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

Bundan əlavə 2025-ci ilin dekabr ayı ərzində XRİTDX tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 19.168.168 zərərli keçid, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 4.191 zərərverici tərkibli elektron sənəd qeydə alınaraq bloklanıb. Bununla yanaşı son istifadəçilərdə quraşdırılan təhlükəsizlik həlləri (mərkəzləşdirilmiş antivirus sistemi) vasitəsilə 390.859 sayda zərərli fəaliyyətin qarşısı alınıb.

Eləcə də, ötən ilin son üç ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 5.428.089 elektron poçt emal edilib ki, onlardan 3.212 688-i istifadəçilərə çatdırılıb, 2 .215.401-i zərərli tərkibli olması müəyyənləşdirilməklə blok edilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

3f6b33ff9a45c261cc0ca9dfa6f5e6bd1767850056

0523be34eec9b584769d31df1f6964741767849915

08417f5adcb1cfd1a3758c56eec733ed1767849785

Seçilən
44
1
poliqon.az

5Mənbələr