AZ

ABŞ də ICE agenti 37 yaşlı qadını güllələdi İğtişaşlar başladı

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-də İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) əməkdaşı Minneapolis şəhərində 37 yaşlı qadını güllələyərək öldürüb.

Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, Tramp administrasiyası bunu özünümüdafiə adlandırıb.

Daxili Təhlükəsizlik Departamenti bildirib ki, Rene Nikol Qud adlı ABŞ vətəndaşı avtomobilini ICE agentlərinin üzərinə sürüb.

Minneapolis meri Ceykob Frey isə bildirib ki, ICE agenti səlahiyyətindən istifadə edərək günahsız qadının ölümünə səbəb olub. O, təhqiramiz ifadələrlə ICE rəsmilərini şəhəri tərk etməyə çağırıb.

Hadisədən sonra şəhərdə yüzlərlə insan etiraz aksiyası keçirib və ICE ilə qarşıdurmalar yaşanıb.

Qeyd edək ki, Ağ Evin qanunsuz immiqrasiyaya qarşı ölkə miqyasında apardığı mübarizə çərçivəsində şəhərə yüzlərlə ICE agenti göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
1
yeniavaz.com

2Mənbələr