Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası İrandakı etiraz aksiyalarını dəstəkləyən bəyanat yayıb.Turkustan.az xəbər verir ki, şuranın bəyanatında deyilir ki, "iqtisadi böhran, bahalaşma və ticarət durğunluğu milyonlarla vətəndaşın həyatını çətinləşdirir. Bazar əhli vətəndaşların ilk təsir altında qalan təbəqəsidir.Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası dinc və mülki etiraz haqqının insan haqqı olduğunu vurğulayır və bütün vətəndaşları qanuni tətil və etirazlarda fəal iştirak etməyə çağırır.Tarix və saat: 10 Yanvar 2026, Şənbə, 16:30
Məkan: Təbriz, Urmu, Ərdəbil, Zəngan, Həmədan, Kərəc və digər şəhərlərin əsas meydanlarıVətəndaşlar milli simvollar və şüarlardan istifadə edərək sülhsevər və məsuliyyətli şəkildə etirazlarını ucaldın.Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası bir daha bildirir ki, xalqın dinc və mülki etirazları qanuni haqqdır və müdafiə olunmalıdır". /BakuPost/
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.