AZ

ABŞ ın Venesueladakı əməliyyatı zamanı azı 100 nəfər ölüb, Maduro və arvadı yaralanıb

ain.az bildirir, Apa.az portalına istinadən.

ABŞ-ın Venesuelada keçirdiyi əməliyyatı zamanı azı 100 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər naziri Diosdado Kabello açıqlama verib.

Onun sözlərinə görə, əməliyyat zamanı Nikolas Maduro və həyat yoldaşı Siliya Flores yaralanıb.

Kabello bildirib ki, Siliya Flores baş nahiyəsindən, Nikolas Maduro isə ayağından xəsarət alıb.

Daxili işlər naziri əlavə edib ki, Amerika ordusunun Maduronun həyat yoldaşını saxlamaq planı olmayıb.

Siliya Flores özü təxliyə zamanı Maduro ilə birlikdə aparılmasını istəyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
4
apa.az

5Mənbələr