AZ

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb, 14 kq marixuana aşkar edilib

ain.az, Newscenter.az saytına istinadən bildirir.

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb.Newscenter.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.Tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, 45 yaşlı Emil Xəlilov saxlanılıb.Ondan ümumilikdə 14 kiloqram 815 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. E.Xəlilovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyi müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.Anar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
89
31
newscenter.az

10Mənbələr