AZ

ABŞ-ın əməliyyatı nəticəsində 100 nəfər öldü

Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronun əsir götürülməsi üzrə Karakasda keçirdiyi əməliyyat zamanı 100 nəfər həlak olub, bir o qədər insan isə yaralanıb.

Hafta.az xəbər verir ki, CNN telekanalı bu barədə Venesuelanın daxili işlər naziri Diosdado Kabeloya istinadla məlumat yayıb.

Nazirlin sözlərinə görə, ölənlərin çoxu mülki şəxslərdir:

“Evlərində olan mülki şəxslər, qadınlar, ölkəmizə atılan bombalardan əziyyət çəkiblər”.

“The Guardian” qəzeti Venesuela ordusunun həlak olan 23 əsgərin siyahısını dərc etdiyini yazıb. Eyni zamanda, Kuba hökuməti ABŞ-ın Venesueladakı əməliyyatı zamanı 32 kubalının öldüyünü təsdiqləyib.

ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində əməliyyat zamanı heç bir amerikalı hərbçinin ölmədiyini, bəzilərinin isə yaralandığını deyib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Karakasdakı mülki və hərbi hədəflərə zərbələr endirib, həmçinin ölkə Prezidenti Nikolas Maduro ilə həyat yoldaşını əsir götürüb. Hazırda Nyu-Yorkun cənubundakı Bruklin həbsxanasında saxlanılan dövlət başçısı narkotik vasitələrin qaçaqmalçılığında ittiham olunur.

Yanvarın 4-də Venesuelanın vitse-prezidenti Delsi Rodriges dövlət başçısı vəzifələrinin icrasına başlayıb.

Seçilən
70
3
hafta.az

4Mənbələr