Kadırov Zelenskinin ABŞ-nin onu Maduro kimi həbs etmək çağırışına cavab verib.
İnterpress.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə ünvanladığı çağırışa reaksiya verib.
Məlumata görə, Kadırov Zelenskinin onun da Venesuela lideri Maduro kimi saxlanılması barədə təklifinə sərt münasibət bildirərək, Ukrayna liderini “təlxək” adlandırıb.
O qeyd edib ki, Zelenski qorxaqcasına kənarda dayanıb “qorxulu Ramzan dayı”sının başqası tərəfindən cəzalandırılmasını izləmək istəyir.
Çeçenistan lideri müraciətində deyib: “Zelya, heç olmasa kişi olmağa çalış. Səndə zərrə qədər kişilik olsaydı, sözlərinin və xahişlərinin nə qədər alçaldıcı səsləndiyini, bunun sülh yolu ilə nizamlanmanı pozmaq cəhdlərini necə təsdiqlədiyini anlayardın”.
Xuraman Etibarlı
İnterpress.az