Ermənistan İqtisadiyyat Nazirliyi bu gün Azərbaycandan neft məhsullarının növbəti partiyasının göndəriləcəyini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Lilit Şaboyan “Armenpress”in sorğusuna cavab olaraq, məlumatı təsdiqləyib.
Əlavə təfərrüatlar açıqlanmayıb.