AZ

Novella Cəfəroğlu: "Elçibəy təmiz gəlib, təmiz gedib, pulu Nemət Pənahlı mənimsəyib”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlının "Reaksiya TV"də çıxışı zamanı Meydan hərəkatı vaxtı yığılan 10 milyon manat pulun AXC lideri, mərhum prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənildiyini deməsini sərt tənqid edib.

 

N.Cəfəroğlu bu barədə Pravda.az-a açıqlamasında bunu iftira adlandırıb.

 

“Yalan sözlərdir. Öləndən sonra kimə nə istəyirlər, deyə bilirlər. Əbülfəz Elçibəy təmiz gəlib, təmiz gedib. Azərbaycan Xalq Cəbhəsində olanlar, pulu yığanlar hamısı deyirlər ki, həmin pulları Nemət Pənahlı özü mənimsəyib, bunun üçün də cavab verib. Ölənin arxasınca danışmaq... Əbülfəz Elçibəyə Türkiyədən pul verdilər ki, ev alsın. Elçibəyin, hətta 10 milyonu da olsaydı, onu da camaata paylayardı. Sizə yüz faiz deyirəm ki, belə şey olmayıb”, - Novella Cəfəroğlu bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 8 Yanvar 2026, 11:46   
Seçilən
10
1
pravda.az

2Mənbələr