İngiltərə Premyer Liqasının XXI turunda “Brayton”la matç “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub.
Msport.az xəbər verir ki, 25 yaşlı hücumçu sözügedən görüşdə (1:1) penaltini dəqiq yerinə yetirib.
Bununla da forvard “şəhərlilər”in heyətində vurduğu qolların sayını 150-yə çatdırıb. Erlinqə 150 qol üçün bütün yarışlarda 173 oyun lazım olub. O, həmçinin 25 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Haland 2022-ci ilin yayından bəri “Mançester Siti”də oynayır.