AZ

İbrahimoviç: “Ronaldo Nazario bütün dövrlərin ən yaxşı futbolçusudur”

Keçmiş isveçli futbolçu Zlatan İbrahimoviç futbol tarixinin ən böyük oyunçusu ilə bağlı fikirlərini bölüşüb.

Vətəninfo.az xəbər verir ki, Sky Sport-a açıqlama verən İbrahimoviç bildirib ki, onun üçün bütün dövrlərin ən yaxşı futbolçusu Ronaldo Nazariodur. Onun sözlərinə görə, dünya futbolunda çoxlu böyük oyunçular olsa da, Ronaldo bir nömrə olaraq qalır.

“Ronaldo Nazario mənim üçün bütün dövrlərin ən yaxşı futbolçusudur və həmişə də belə olacaq. Çoxlu böyük futbolçular var, amma o, bir nömrədir. Ronaldo və Məhəmməd Əlinin sayəsində öz üslubumu yarada bildim”, – deyə Zlatan vurğulayıb.

Qeyd edək ki, Ronaldo Nazario futbol tarixində ən parlaq hücumçulardan biri hesab olunur və İbrahimoviç dəfələrlə onu özünə nümunə göstərib.

Seçilən
25
veteninfo.az

1Mənbələr