AZ

Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək

Bakıda AFFA tərəfindən UEFA-nın B kateqoriyalı məşqçi kursu təşkil olunacaq.

"Football-plus.az" xəbər verir ki, kurs 4 mərhələdən ibarət olacaq.

İlk mərhələ 9-12 fevral, ikinci mərhələ 16-19 mart, üçüncü mərhələ 13-16 aprel, dördüncü mərhələ isə 11-15 may tarixlərində keçiriləcək.

Kursda iştirak üçün ödəniş məbləği 1000 manat təşkil edir. Müraciətlər həftənin 1-ci və 5-ci günləri, saat 08.00-dan 17:00-dək qəbul olunacaq. Sənədlərin qəbulu 30 yanvar tarixində başa çatacaq.

Seçilən
33
4
football-plus.az

5Mənbələr