İtaliyalı mütəxəssis “Mançester Yunayted”in 15 milyonluq təklifini geri çevirdi
Baş məşqçi axtarışında olan “Mançester Yunayted” “Əl-Hilal”ın çalışdırıcısı Simone İnzagi ilə razılığa gələ bilməyib.
Msport.az xəbər verir ki, 49 yaşlı italiyalı mütəxəssis ildə 15 milyon funt-sterlinq maaş təklifini qəbul etməyib.
Qeyd edək ki, “Mançester Yunayted” bazar ertəsi Ruben Amorimi istefaya göndərib. İnzagi isə 2025-ci ilin iyun ayında Səudiyyə Ərəbistanı təmsilçisini çalışdırır. O, “Əl-Hilal”la iki illik müqavilə imzalayıb.