AZ

86 yaşlı kişi həyətdə yıxılıb öldü

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yıxılaraq xəsarət alan 86 yaşlı kişi ölüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə fərdi yaşayış evdə qeydə alınıb.

1940-cı il təvəllüdlü Məhəmmədəli Abdullayev həyətdə ehtiyatsızlıqdan yıxılıb.

Nəticədə başından ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
22
yenisabah.az

1Mənbələr