AZ

Rusiya tankeri ABŞ tərəfindən saxlanılıb ANBAAN GÖRÜNTÜLƏRİ

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yanvarın 7-də ABŞ-nin Rusiyaya məxsus "Marinera" tankerini saxlamasının görüntüsü yayılıb.

Milli.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Kadrlarda tanker ABŞ sahil mühafizə xidmətinin patrul gəmisinin yaxınlaşdığını görmək olur.

"Marinera" tankeri Atlantik okeanın şimalında yanvarın 7-də saxlanılıb. Gəmi Venesuelanın dəniz blokadasını keçə bilmədiyi üçün bir neçə həftə ərzində Rusiya bayrağı altında üzüb.

Rusiya höküməti gəminin müvəqqəti olaraq RF bayrağı altında üzməsinə icazə verdiyini, eləcə də gəminin göyərtəsində Rusiya vətəndaşlarının olduğunu təsdiqləyib.

ABŞ vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalının efirində ələ keçirilmiş tankeri "saxta Rusiya tankeri" kimi qələmə verib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
6
news.milli.az

8Mənbələr