AZ

Koxalski Polşa klubunun hədəfində: Qapıçının qiyməti bir neçə ay əvvəlkindən daha yüksək ola bilər

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski karyerasını Polşada davam etdirə bilər.

Oxu.Az meczyki.pl saytına istinadən xəbər verir ki, istedadlı qolkiperin xidmətində "Vidzev Lodz" klubu maraqlıdır.

Məlumata görə, Polşa təmsilçisi qış fasiləsində "Qarabağ"ın qapıçısını heyətinə cəlb etməyə çalışır.

Xəbərdə bildirilir ki, Lodz klubu istedadlı polşalı futbolçunu mövsümün əvvəlindən izləyir:

"Lakin o vaxtdan bəri çox şey dəyişib. Koxalski UEFA Çempionlar Liqasında Azərbaycan komandasının heyətində oyunlara çıxıb. Onun "Napoli"yə qarşı oyunu xüsusilə uğurlu olub və bir neçə möhtəşəm seyv edib. Buna görə də Koxalskinin transfer qiyməti bir neçə ay əvvəlkindən daha yüksək ola bilər".

Qeyd edək ki, qolkiperin Ağdam təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Vidzev Lodz" Polşanın yüksək liqasında 18 komanda arasında 15-ci yerdə mövqe tutub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
oxu.az

1Mənbələr