AZ

Ötən il neçə nəfərə reabilitasiya xidmətləri göstərilib? RƏSMİ AÇIQLAMA

ain.az bildirir, Oxu.az portalına istinadən.

"2025-ci ildə ümumilikdə 141 700 nəfərə reabilitasiya xidmətləri göstərilib ki, bu da 2024-cü il ilə müqayisədə 13 faiz artım deməkdir".

Oxu.Az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev DOST TV-nin efirində çıxışı zamanı deyib.

O bildirib ki, bunlardan 78 mindən çoxu ambulator xidmətlər, 33 mindən çoxu isə stasionar və kompleks reabilitasiya xidmətləri olub.

Həmçinin efirdə qeyd olunub ki, Vətən müharibəsinin 260 iştirakçısı tam reabilitasiya olunub.

Ramin Rzayev vurğulayıb ki, yalnız əlilliyin təyin edilməsi ilə kifayətlənmək olmaz:

"Təyin olunmuş əlilliyin olduğu kimi qalmasının, ən azı ağırlaşmasının qarşısının alınması, yaxud əlilliyə səbəb olan hal nəticəsində vətəndaşın itirilmiş orqanizm funksiyalarının bərpası istiqamətində müvafiq işlər görülməlidir.

Bu fəaliyyətlər agentliyimizin tabeliyində fəaliyyət göstərən 16 reabilitasiya mərkəzi vasitəsilə həyata keçirilir.

Eyni zamanda, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzimiz də mövcuddur. Bu mərkəzlərdə reabilitasiya vasitələrinin istehsalı və həmin vasitələrlə təminat həyata keçirilir".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
oxu.az

1Mənbələr