AZ

Hər il bu ürəkparçalayan yeri xatırlamalıyam? - Məşhur Çin şairinin həyat yoldaşına yazdığı şeir

Bu gün SonqXanədanlığı dönəmində (XI əsr) yaşamış çinli şair, rəssam, dövrünün tanınmış elm və dövlət xadimi Su Şinin doğum günüdür.

Kulis.az bu münasibətlə onun "Birinci ayın 20-ci gecəsində vəfat etmiş həyat yoldaşımı yuxuda görərkən" şeirini sətri tərcümədə təqdim edir.

On ildir ki, dirilərlə ölülərin arasına sonsuz bir məsafə düşüb,
Onu tez-tez xatırlamıram,
amma unutmaq da mümkün deyil...

Onun tənha məzarı min li uzaqdadır,
harada torpağa tapşırıldığını belə deyə bilmirəm.
Yenidən qarşılaşsaq belə,
bir-birimizi tanıya bilmərik.

Üzüm toz-torpaq içində qalıb,
gicgahlarımdakı saçlarım qar kimi ağarıb.
Dərin gecədə qəfil bir yuxu
məni yenidən doğma yurduma qaytarır.

O, balaca pəncərənin önündə oturub,
libasını düzəldir, üzünü bəzəyir.
Biz bir-birimizə baxırıq,
bir kəlmə də demədən —
göz yaşları min sətirə çevrilir.

Məgər hər il bu ürəkparçalayan yeri xatırlamalıyam?
Gecənin səmasında ay parlaq işıq saçır,
çılpaq şam ağacları isə məzarı keşik çəkir...

Seçilən
12
2
kulis.az

3Mənbələr