AZ

Maqnit qasırğası gözlənilir

Yer planetinin yaxınlığından plazma buludunun keçidi ilə əlaqədar yanvarın 9-da zəif maqnit qasırğası müşahidə oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Yanvarın 6-da Günəşdən çıxan orta ölçülü plazma tullantısının planetin yaxınlığından keçməsi ilə əlaqədar sabah minimal səviyyəli - G1 kateqoriyalı maqnit qasırğaları gözlənilir”, - deyə laboratoriyanın məlumatında qeyd olunur.

Seçilən
85
2
bakivaxti.az

4Mənbələr